Qax rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Qax MKS
Tədbirlər
15 May , 2019
15 may Beynəlxalq ailə günü münasibəti ilə Mərkəzi Kitabxananın oxu zalında "Qadınların ödənilməyən qayğı və ev təsərrüfatında işinin dəyərləndirilməsi üçün əlverişli hüquqi sosial mühitin yaradılması" mövzusunda hüquqşünas Tahir Şamxalovala maarifləndirici görşüş keçirildi.Tədbirdə hüquqşünas T. Şamxalov xanımların çoxsaylı suallarını cavablandırdı.
15 may Birləşmiş Millətlər Təşkilatının qərarı ilə bütün
dünyada Beynəlxalq ailə günü kimi qeyd olunur. Azərbaycanda ailə bütün zamanlarda cəmiyyətimizin ən müqəddəs təməl daşı hesab olunub. Ulu öndər Heydər Əliyev Azərbaycan ailəsi və onun problemlərini həmişə diqqətdə saxlayırdı. Bu münasibət indi də Dövlət başçımız İlham Əliyev tərəfindən həssaslıqla davam etdirilir.