Qax rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Qax MKS
Tədbirlər
10 İyun , 2019

Solmaz Əfəndiyeva Elqızının "Dünyaya gəlmişik sevilmək üçün " adlı kitab təqdimatı

Kitab təqdimatı C.Cabbarlı adına Qax Rayon Mərkəzi kitabxanasında keçirildi.Təqdimat mərasimində kitabımın nəşr olunduğu "Nərgiz" nəşriyyatının direktoru Hidayət Musabəyli, əməkdar jurnalist Emin İsmayıl, şair-publisist, tərcüməçi Giya Paçxataşvili, Xatirə Paçxataşvili Tanrıverdiyeva, şairə Səriyyə Vəlizadə iştirak və çıxış etdilər. Tədbirin aparıcısı İlisu məktəbinin direktoru Aybəniz Məmmədova idi. C.Cabbarlı adına Qax Rayon Mərkəzi Kitabxanasının direktoru G.Əhmədova, Şəki Regional Mədəniyyət İdarəsinin Qax rayonu üzrə nümayəndəsi D.Əzizova, Mədəniyyət mərkəzinin metodisti, N.Əlimova, dil-ədəbiyyat müəllimlərindən G.Seyidova, Tasmalı kənd orta məktəbinin dil-ədəbiyyat müəllimi P.Həşimova, müəllimlərdən V.Şıxəmirov, A.Həsilov, N.Ziyadlı, qaxlı yazarlardan R.Küskün, Ə.Yanar tədbirdə çıxış edərək şairə Solmaz elqızını yeni kitabının çapdan çıxması münasibəti ilə təbrik edərək ona yaradıcılıq uğurları arzuladılar. Müğənni P.Piranov və Arzu Dunusovanın da ifaları tədbirə xüsusi gözəllik qatdı. Məktəblilərin ifasında Solmaz Əfəndiyeva Elqızının "Dünyaya gəlmişik sevilmək üçün" adlı kitabından şeirlər səsləndi. Solmaz Elqızının yaradıcılığına həsr olunmuş videoçarx tədbir iştirakçılarına təqdim olundu. Tədbirdə Solmaz Elqızı ASKEF-in (Avrasiya Sənət Kültür Ədəbiyyat Federasyonunun) üzvlük vəsiqəsi təqdim olundu. Sonda xatirə şəkilləri çəkildi.