Qax rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Qax MKS
Tədbirlər
28 Avqust , 2019

Görkəmli Azərbaycan yazarı Hüseyn İbrahimovun anadan olmasının 100 illiyi münasibətilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev sərəncam imzalamışdır. Sərəncama əsasən mədəniyyət müəssisələrində tədbirlər planı tutulmuş və həyat keçirilir. 28 avqust tarixində C.Cabbarlı adına Mərkəzi Kitabxanada “Yurd sevgisini əsərlərinə hopduran böyük insan” adlı oxucu konfransı keçirildi. Tədbirdə kitabxananın əməkdaşları A.Əfəndiyeva və R.Xəlilovanın “Hüseyn İbrahimovun  əsərlərində yurd sevgisi”, ”Vətəndaş yazıçı-Hüseyn İbrahimov” adlı məruzələri dinlənildi. Məruzələrdə Hüseyn İbrahimovun  əhatəli və mənalı  yaradıcılığından, əsərlərində qeyd edilən bəşəri hisslərdən söhbət açıldı. Məruzələrdə qeyd edildi ki, əsl məktəb, əsl örnək olan Hüseyn İbrahimov yaradıcılığı həmişə izləniləcək, çünki ondan əxz etməli çox şeylər var.

Tədbirdə Hüseyn İbrahimovun yaradıcılığından bəhs edən  sərgi və haqqında video-slayd nümayiş olundu .

Foto Qalereya