Qax rayon Mərkəzi kitabxanası

Qax rayon
Rayon haqqında
26 Fevral , 2015

      B.e.ə IV minilliyindən insanların yaşayış məskənləri olmuş  Qax rayonunun ərazisi xalqımızın tarixinin müxtəlif mərhələlərini özündə yaşadan zəngin abidələr diyarıdır. 
     “Qax” sözü “qala, istehkam” deməkdir. Yaşayış məskəni kimi Qaxın adına ilk dəfə Moisey Kalankatlının (mənşəcə Qafqaz albanlarından olan tarixçi, "Alban ölkəsinin tarixi" əsərinin müəllifi.) "Albaniya tarixi" əsərində rast gəlinir. Kalankatlı bu əsəri böyük alban hökmdarı Cavanşirin sifarişi ilə yazmışdır. IV əsrə aid hadisələrdən bəhs edən tarixçi Haku (Qax) adlı yaşayış məskəninin adını qeyd edir.

     Rayonumuzda tarix və mədəniyyət abidələri rəsmi olaraq abidə kimi 1952-ci ildən siyahıya alınaraq dövlət tərəfindən qorunur. Rayon ərazisindəki 68 ədəd tarix və mədəniyyət abidəsi əhəmiyyət dərəcələrinə görə bölgüsü Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 N-li Qərarı ilə təsdiq edilmişdir. Xalqımızın çoxəsirlik və zəngin tarixinin ayrı-ayrı səhifələrini əks etdirən həmin 68 abidədən 48-i memarlıq, 18-i arxeoloji, 2-si monumetal-xatirə abidələri təşkil edir ki, bunların da əhəmiyyət dərəcələri bölgüsünə əsasən 2 ədədi dünya əhəmiyyətli, 18 ədədi ölkə əhəmiyyətli, 48 ədədi isə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri siyahısına alınmış və dövlət tərəfindən qorunurlar.  
      Arxeoloji axtarışlar nəticəsində regionda tunc və ilk dəmir dövrlərinə (e.ə. IV-I minilliklər) aid çoxlu yaşayış yerləri və kurqan abidələri qeydə alınmışdır. Həmçinin təsərrüfat işləri ilə əlaqədar bu abidələrdən, təsadüfən müxtəlif maddi-mədəniyyət  nümunələri aşkara çıxarılmışdır.

      Qədim yaşayış yerlərinin qalıqlarından ibarət abidələr uzaq keçmişdə yaşamış qəbilə və tayfaların məişət və təsərrüfatlarını öyrənmək baxımından elmi əhəmiyyət kəsb edi