Qax rayon Mərkəzi kitabxanası

Qax rayon
Rayon haqqında
26 Fevral , 2015

     Qax rayonunun Çinarlı kəndində qədim Sırt qalasının qalıqları hələ də qalmaqdadır. Qala 4 dairəvi bürc və tağ bənddən ibarət olmuşdur. Təbii təsirlər nəticəsində 3 bürc uçmuş yalnız biri dövrümüzə gəlib çatməşdır. Çinarlı kəndində dağın başında yerləşir. Heyranedici mənzərəli yerdə, yüksək bir dağın təpəsində yerləşən qalaya dar cığır vasitəsilə çıxmaq olur. Sırt qalası haqqında ətraflı və dəqiq hər hansı məlumat yoxdur. Qalanın üstündən baxdığın zaman bütün ətraf kəndlər ovucunun içindəymiş kimi açıq görsənir. Gözətçi qalası olduğu, müdafiə məqsədilə tikildiyi ehtimal edilir.