Qax rayon Mərkəzi kitabxanası

Qax rayon
Rayon haqqında
26 Fevral , 2015

     Qum məbədi Qaxrayonunun Qum kəndinin mərkəzində kiçik dağ çayının sahilində yerləşir. Tetrakonx (4 bucaqlı yarım qövs künclü) formasında tikilmiş bu bazilikanın uzunluğu 26.4 m, eni 19.3 m-dir. Məbəd 3 tərəfdən eyvanla əhatələnib, içərisində 3 nef (zal) var. Məbədə şərq tərəfdən bitişik kvadrat şəkilli otaqlardan biri qurbangah, digəri isə ruhani otağıdır. Məbədin daxili hissəsi 2 cüt T şəkilli sütün və söykənclə 3 nefə (zala) bölünmüşdür. Apsidanın (kilsə divarında yarım qövs formalı çıxıntı) mehrab üstündəki hissəsi nal şəkillidir. Pilon və söykənclər kərpicdən tikilmiş nalvari talvarı saxlayır. Məbədin 3 qapısı olmuşdur. Qapı üstləri yarım qövs şəkilli tağlarla bəzədilmişdir. Qapılar eyvanlara açılır. Qum məbədinin tikintisində əsasən yonulmuş çay daşından istifadə olunmuşdur. Daxildəki konstruksiya işləri isə bişmiş kərpiclə tamamlanmış, damı krəmitlə örtülmüşdür. Memarlıq xüsusiyyətlərinə görə Qum məbədinin V-VI əsrdə inşa olunmasında tədqiqatçıların fikri yekdildir.