Qax rayon Mərkəzi kitabxanası

Qax rayon
Rayon haqqında
26 Fevral , 2015

      Qax rayonu ərazisində orijinal xüsusiyyətlərə malik qədim tarixi-memarlıq abidələrindən biri də Ulu körpüdür. Körpü İlisu kəndinə gedən yolda, Kürmük çayının üzərində salınmışdır. Tarixi məlumatları təhlil edərkən Ulu körpünü təxminən XVII-XVIII əsrlərə aid etmək olar. Yəqin ki, körpü İlisu kəndinin sultanlığın mərkəzinə çevrildikdən sonra tikilmişdir. Ulu körpü Kürmük çayının axarının daraldığı yerdə, qaya çıxıntıları üzərində salınmışdır.
Körpünün tikintisində çay daşından, əhəng məhlulundan və əsasən bişmiş kərpicdən istifadə olunmuşdur. Kənd ağsaqqallarının dediklərinə görə, körpü xalq sənətkarı usta Ömər tərəfindən tikilmişdir. Bəzi deyilənlərə görə, Ulu körpünün tikintisində inşaat materialı  kimi yumurta sarısından da istifadə edilmişdir. Körpünün yan divarları daşdandır. Burada müxtəlif dövrlərdə aparılmış təmir işlərinin izlərini görmək mümkündür. Kərpic tağbəndin üzərində kəsmə çaylaq daşından səliqə ilə hörülmüş divarın qalıqları nəzərə çarpır. Görünür, həmin hissə ilkin dövrə aiddir.
      Ulu körpü ilə əlaqədar  bir tarixi fakt xüsusiilə  maraqlıdır. 1884-cü ildə Rus qoşunlarının İlisuya hücumu zamanı sonuncu İlisu hakimi Daniyal Sultan Ulu körpünü dağıtmaq fikrindən yan keçmişdir. Körpünün dağıdılması Rus qoşunlarının uğursuzluğuna gətirib çıxara bilərdi. Daniyal Sultanın həmin gərarını inidi də qiymətləndirmək çətindir. Lakin bir şey məlumdur ki, o, beləbir qərar  versəydi, körpü uçurular, kənd əhalisi və sonrakı nəsillər çətinə düşərdilər. Daniyal Sultan bəlkə də körpü uçurulsa belə rus qoşunlarının kəndi tutacaqlarına əmin olduğu üçün körpünü uçurmaqdan çəkinmişdir. Bəlkə də körpüsalanların misilzis sənətkarlıqla yaratdıqları abidəni uçurmağa qıymamışdır. Bir şey həqiqətdir ki, Daniyal Sultanın həmin gərarı kəndi ətraf aləmlə birləşdirən körpünü xilas etmişdir. Bu günkü nəsillər belə bu nadir abidəni seyr etmək, ondan keçib getmək imkanına malikdirlər.
        Ulu körpü tarixi-memarlıq abidəsi kimi dövlət tərəfindən qorunur.