Qax rayon Mərkəzi kitabxanası

Qax rayon
Rayon haqqında
26 Fevral , 2015

      Qala Qax rayonunun İlisu kəndinə gedən şose yolun sağ tərəfində, Kürmük çayın sol sahilində, qayanın üstündə inşa olunmuşdur. İlisu kəndindən 5 km aralıda yerləşən qalanın yerləşdiyi dağın yaxınlığındakı dərəni yerli əhali Qala dərəsi adlandırmışdır. Qalada tədqiqat işləri aparmış professor Şamil Fətullayevin gəldiyi nəticəyə görə, Cinli qalanın inşa tarixi VII-IX əsrlərə aiddir.
      Qaya çıxıntısı üzərində inşa olunmuş qala bütövlüyünü çox yaxşı qoruyub sasxlamışdır. Bu istehkam tipli tikili qala bürcləri və divarlardan ibarətdir. Bürc və divarlardan ətraf ərazini müşahidə etmək üçün və həm də atıcı silahlardan istifadə etmək üçün mazğallar vardır. Qalanın həyətində bir sıra təsərrüfat xarakerli tikililərin qalıqları mövcudur. 
Qalanın inşa üslubunda Sasani dövrünün memarlığının xüsusiyyətləri aydın seçilir. Bu istehkamdan Sasanilər dövründə, sonralar isə ərəb-xəzər müharibələri dövründə xəzərlərin hücumlarının qarşısının alınması üçün istifadə edildiyi ehtimal olunur.
      Qala dövlət tərəfindən tarix-mədəniyyət nümunəsi kimi qorunur.