Qax rayon Mərkəzi kitabxanası

Qax rayon MKS
Rayon haqqında
26 Fevral , 2015

       Qax rayonunun İlisu kəndi gözəl bulaqları ilə zəngindir. Belə bulaqların biri də də “Beşbulaq”dır.
“Beşbulaq” İlisunun sanki üzük qaşıdır. 1863-cü ildə inşa edilmiş bu bulaq əsr yarım bir müddətdə İlisunun mərkəzində buz soyuqluğu, billur şəffaflığı, gur suyu ilə kəndə xüsusi gözəllik verir. Bu bulaqdan bir stəkan su içmək həsrəti ilə uzaq məsafəni qət edib bu bulaqdan su içməyə gələn adamların sayı-hesabı yoxdur. Bulaqdan su içən hər kəs "afərin" deyər və suyun sərinliyi və saflığı onu heyran edər.
      “Beşbulaq” kəndin baş meydanında yerləşir. Bulaq meydanın bir tərəfində yüksələn dağa bitişik, kəsmə çay daşından səliqə ilə tikilmiş divardan ibarətdir. Su divarda qoyulmuş beş borudan axıb töküldüyündən “Beşbulaq” adlanır. Deyilənə görə, o, öz mənbəyini zirvəsi həmişə qarla örtülü dağlardan götürdüyü üçün suyu digər bulaqlara nisbətən daha soyuqdur. Bəzi illərdə onun suyu tam kəsilir, sonra yenidən gəlir. Beşbulağın bu xüsusiyyəti təbiət hadisəsi kimi maraqlıdır, səbəbi məlum deyil. “Beşbulaq” kəndin ən böyük və suyu çox olan bulaqdır.    

        "Beşbulaq" dövlət tərəfindən qorunur.