Qax rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Qax MKS
Rayon haqqında
26 Fevral , 2015

      Güllük məscidi və Axund Baba məqbərəsi Qax rayonunun gözəl abidələrindəndir. Güllük məscidinin üzərində kitabə olmasa da, bu binanın ötən əsrin əvvəllərində İlisulu usta Məhəmməd Eldaroğlu tərəfindən tikilməsi bəllidir. Binanın divarlarında üzərində 1728-ci ilə aid olan üstü yazılı daş da hörülmüşdür. Görünür, məscid nə vaxtsa tikilmiş məscidin yerində inşa edilib. Məscidin arxa tərəfində yerli əhalinin Axund Baba Piri kimi tanıdığı üstüaçıq məqbərə yerləşir. Yeli əhalinin Axund Baba kimi yad etdiyi məzar din xadimi və alim Abbas Əfəndinindir. Məzarın ərəb dilində yazılmış başdaşında Abbas Əfəndinin 1705-ci ildə vəfat etdyi göstərilmişdir. Məscid və məqbərədən təxminən yüz metr aralı qədim bir tikilinin qalıqları var. Abbas Əfəndinin vaxtilə bu evdə yaşadığı güman edilir.

       Ölkə əhəmiyyətli məbəd sayılan abidənin inşa tarixi IV əsrə aid edilmişdir. Bu məbədin inşa olunmasına dair gürcü tarixşunaslığında bir sıra qərəzli fikirlər mövcuddur. Gürcü tarixçiləri orta əsr gürcü salnaməsi “Kartlis Tsxovreba"dakı (gürcüstanın həyatı) məlumatlarda adı çəkilən Kasri yaşayış məntəqəsini Qax toponimi ilə eyniləşdirərək bu məbədin VIII əsrdə qürcü çarı Arçılin göstərişi ilə inşa olunduğunu vurğulamışlar. Bu məbəd gürcü memarlığına aid ədəbiyyatlarda Kasri kilsəsi kimi təqdim olunmuşdur. Bütün bunların səbəbi isə artıq VIII əsrdə, yəni Qafqaz albaniyasın süqüt etməsindən əvvəl, bu ərazinin Gürcüstan çarlığının tərkib hissəsi olduğunu sübut etmək  kimi yanlış cəhti olmuşdur