Qax rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Qax MKS
Rayon haqqında
26 Fevral , 2015

      Qax  rayonunun Minbərək  düzündə b.e.ə. III- I minilliyin tunc dövrü, eneolit-dəmir dövrünə aid olan yaşayış yeri və kurqanlar aşkar olunmuşdur. Sarıca-Minbərək abidələr qrupu 1984-cü ildən elmi tədqiqata cəlb edilmişdir. M. E. Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu bu ərazidə arxeoloji kəşfiyyat və qazıntı işləri aparmışdır. Nəticədə onlarla kurqan, torpaq qəbr öyrənilmiş, 4 qədim yaşayış yeri, müvəqqəti dayanacaqlar, tunc dövrlərinə aid yüzlərlə kurqan, 2 nekropol, qədim ziyaratgahlar, iki qala qalıqları qeydə alınmış, tədqiqatlara cəlb edilmişdir. Aparılmış elmi tədqiqat işləri nəticəsində bu ərazinin b.e.ə. IV minilliyin sonlarından daha sıx məskunlaşdığı, böyük tərəqqi yolu kecdiyi aydınlaşdırılmışdır. Sarıca-Minbərək ərazisi Kür-Araz mədəniyyətinin yayıldığı, inkişaf etdiyi ərazi olmaqla kurqan altı dəfn adətini  e.ə. III minillikdən e.ə. I minilliyin ortalarına qədər izləməyə imkan verir. Minbərək yaşayış yerlərində mədəni qatın qalınlığı 4 m-dən çoxdur. Burada Xocalı-Gədəbəy, Yaloylutəpə mədəniyyəti də öz abıdələri ilə təmsil edilmişdir. Arxeoloji qazıntı işləri zamanı əldə edilən maddi-mədəniyyət nümunələri bütün tunc dövrlərini, dəmir dovrünü izləməyə, bu uzun zaman məsafəsində aborogenlərin dəfn adətlərini daşlara hopdurulmuş mənəvi mədəniyyyətini mifik və fəlsəfi dünya görüşlərini öyrənməyə imkan verir. 
     Qax Tarix-Diyarşünaslıq Muzeyinin direktoru M. Əfəndinin “Sarıca-Minbərək nekropoluMinbərək yaşayış yeri və kurqanlar : tarixi abidələrimiz”  kitabında Minbərək yaşayış yeri və kurqanların öyrənilməsi və tədqiq olunması barədə araşdırmalarla tanış olmaq mümkündür.