Qax rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Qax MKS
Tədbirlər
13 Yanvar , 2020

“20 Yanvar – Milli Qürur Günümüz”dür

Anma mərasimi

C.Cabbarlı adına Qax rayon Mərkəzi kitabxanasında 20 Yanvar hadisələrinin 30- cu ildönümünə həsr olunmuş tədbir keçirildi.Tədbiri girş sözü ilə MKS-nin direktoru G.Əhmədova açdı. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri T. İsmayılov adına şəhər 5 nömrəli tam orta məktəbin 10A sinif şagirdləri Gülşən və Əzizə Babazadə aparırdı.  

Tədbirdə çıxış edən  G. Əhmədova, D. Əzizova

1990-cı ilin qışında, şərqin astanasında yerləşən qədim Odlar Yurdunda vəhşi bir qəddarlıqla törədilmiş  qanlı 20 Yanvar faciəsindən, xalqımızın azadlıq uğrunda mübarizə tarixindən, azadlıq mübarizəsində şəhid olmuş faciə qurbanlarından, ümummilli liderimiz Heydər Əliyevin bu qanlı hadisələrlə bağlı Moskva şəhərində Azərbaycan xalqı adından sərt bəyanat verməsindən,  Heydər Əliyevin 20 Yanvar faciəsində xalqımıza qarşı törədilmiş qırğına siyasi qiymət verilməsini və günahkarların cəzalandırılmasını tələb etməsi  barədə danışdılar.

2 nömrəli tam orta məktəb liseyin şagirdləri “Şəhidlər” poemasından parçalar səsləndirdilər.

Şairə Solmaz Elqızı 20 yanvar faciəsinə həsr etdiyi şeirlərini, kitabxanaçı L.Mirzəyeva  Z.Yaqubun “20 yanvar şəhidi” şeirini təqdim etdi.

Sonda 20 yanvar faciəsinə həsr olunmuş video çarx nümayiş olundu.

Tədbirdə şəhər məktəbliuləri, müəllimlər , mədəniyyət işçiləri, ŞRMİ-nin Qax raon üzrə məsləhətçisi D. Əzizova, Günərzi Qayğı Mərkəzİ-nin rəhbəri S.Süleymanova, S.Vurğun adına Mədəniyyət Mərkəzinin direktoru K.Məcidova ştirak edirdilər.