Qax rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Qax MKS
Tədbirlər
5 Fevral , 2020

Azərbaycan Ordusunun,  hərbi xidmətin nüfuzunun yüksəldilməsi, Azərbaycanın hərb tarixində müstəsna xidmətləri olan hərbi qulluqçuların böyüməkdə olan gənc nəslə tanıdılması mədəniyyət işçilərinin işinin əsas istiqamətlərindən biridir.

C. Cabbarlı adına Qax rayon Mərkəzi kitabxanasında  İki dəfə Sovet İttifaqı Qəhrəmanı general-mayor Həzi Aslanovun döyüş yolundan bəhs edən oxucu konfransı keçirildi. Tədbiri giriş sözü ilə Qax MKS-nin direktoru G.Əhmədova açdı. Həzi Aslanovun əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. O qeyd etdi ki, xalqımızın igid oğulları sırasında general-mayor  Həzi Aslanovun qəhrəmanlığın rəmzinə çevrilmiş adı dərin ehtiramla çəkilir. Dünyanın faşizmdən qurtulması uğrunda ağır döyüşlərdə Həzi Aslanov mahir hərbi sərkərdə istedadı nümayiş etdirmiş və hərb salnaməsində yeni parlaq səhifələr açmışdır. Onun göstərdiyi misilsiz şücaət və başçılıq etdiyi tank alayının müstəsna rəşadəti torpaqlarımızın işğaldan azad edilməsinə hər an hazır olan Azərbaycan Ordusunun bütün şəxsi heyəti üçün əsl qəhrəmanlıq nümunəsidir. Həzi Aslanovun 110 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncam verməsini qeyd etdi.

Tədbir iştirakçıları Həzi Aslanovun həyat və döyüş yolu haqqında hazırlanmış video çarxa baxdılar. Sonra Mərkəzi Kitabxananın əməkdaşları Ahidə Əfəndiyeva və Pərvin Səmədova

Azərbaycan Ordusunun,  hərbi xidmətin nüfuzunun yüksəldilməsi, Azərbaycanın hərb tarixində müstəsna xidmətləri olan hərbi qulluqçuların böyüməkdə olan gənc nəslə tanıdılması mədəniyyət işçilərinin işinin əsas istiqamətlərindən biridir. 

C. Cabbarlı adına Qax rayon Mərkəzi kitabxanasında  İki dəfə Sovet İttifaqı Qəhrəmanı general-mayor Həzi Aslanovun döyüş yolundan bəhs edən oxucu konfransı keçirildi. Tədbiri giriş sözü ilə Qax MKS-nin direktoru Güllü Əhmədova açdı. Həzi Aslanovun əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Güllü Əhmədova qeyd etdi ki, xalqımızın igid oğulları sırasında general-mayor  Həzi Aslanovun qəhrəmanlığın rəmzinə çevrilmiş adı dərin ehtiramla çəkilir. Dünyanın faşizmdən qurtulması uğrunda ağır döyüşlərdə Həzi Aslanov mahir hərbi sərkərdə istedadı nümayiş etdirmiş və hərb salnaməsində yeni parlaq səhifələr açmışdır. Onun göstərdiyi misilsiz şücaət və başçılıq etdiyi tank alayının müstəsna rəşadəti torpaqlarımızın işğaldan azad edilməsinə hər an hazır olan Azərbaycan Ordusunun bütün şəxsi heyəti üçün əsl qəhrəmanlıq nümunəsidir. Həzi Aslanovun 110 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti  29 dekabr 2019-cu il  tarixində sərəncam vermişdir.

Tədbir iştirakçıları Həzi Aslanovun həyat və döyüş yolu haqqında hazırlanmış video çarxa baxdılar. Sonra Mərkəzi Kitabxananın əməkdaşları Ahidə Əfəndiyeva və Pərvin Səmədovanın məruzələri dinlənildi. Məruzələrdə görkəmli hərbi xadim, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Əhəd oğlu Aslanovun anadan olmasının 110 illiyinin ölkəmizdə geniş şəkildə keçirilməsi  qeyd olundu. Göstərildi ki, bəşəriyyətin yaddaşına ən dağıdıcı müharibə kimi yazılmış İkinci Dünya müharibəsi zamanı faşizm əleyhinə mübarizə aparılmasında və insanlığın qorxunc nasizm təhlükəsindən xilas edilməsində Azərbaycan xalqının da böyük xidmətləri vardır. Məruzələrdə Həzi Aslanovun Moskva və Stalinqrad döyüşlərində göstərdiyi rəşadət və qəhərmanlıqlarından məlumat verildi.

 Kitabxananın biblioqrafı Ruhiyyə Rəşidova Həzi Aslanovun  müəmmalı ölümü ilə bağlı tarixi faktları tədbir iştirakçılarının nəzərinə çatdırdı. Oxucu konfransına dəvət olunmuş  tarix müəllimi Lalə Qəbulova Həzi Aslanovun vətənpərvərlik səlnaməsinin bu günki gəncliyə böyük örnək olduğunu vurğuladı. Gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyəsində  qəhrəmanlarımızın keçdiyi şücaətli döyüş yolunun örənilməsinin əhəmiyyətini qeyd etdi.

Tədbirdə kitabxananın əməkdaşı Lalə Mirzəyeva qəhrəmanın əziz xatirəsinə görkəmli Azərbaycan şairi S.Vurğunun yazdığı “Qəhrəmanın ölümü” şerini söyləd. Sonda tədbir iştirakçılarının  Həzi Aslanovun xatirəsinə həsr olunmuş sərgiyə baxışı keçirildi və qəhrəmanın döyüş yoluna həsr olunmuş bukletlər paylandı.

 


 


Foto Qalereya