Qax rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Qax MKS
Tədbirlər
19 Fevral , 2020

19 fevral 2020 –ci il  tarixində 21 Fevral Beynəlxalq Ana dili günü münasibətilə C.Cabbarlı adına Mərkəzi Kitabxanada  dəyirmi masa keçirildi. Tədbiri Qax MKS-nin direktoru G.Əhmədova açdı. O, 21 fevral Beynəlxalq Ana dili günü münasibətilə tədbir iştirakçılarına qısa məlumat verdi. Çıxışında qeyd etmdi ki, millətin dilinin dövlət dili statusuna yüksəlməsi tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsidir. Bu məqam millətin millət olaraq təsdiqidir. Dilimizə olan qayğıya, diqqətə görə ümummilli liderimiz Heydər Əliyevə borcluyuq. Sonra tədbir iştirakçıları müxtəlif  suallar ətrafında fikir mübadiləsi etdilər. Tədbirdə “Bu günki dilimiz, ona qarşı olan münasibət sizi qane edirmi?”,  Ana dilimizi seviriklmi? Seviriksə necə?”, ”Dilimiz uğrunda mücadilə edən şəxsiyyətlər kimlər olub?“ və s. suallar ətrafında söhbət aparıldı. Gənclərdən Lalə Mirzəyeva, Pərvin Səmədova, Gülnar Maqsudova, Elvin Əzimov ana dilimiz haqqında  fikir və düşüncələrini dəyirmi masada səsləndirdilər. Fəal oxucuların ifasında Bəxtiyar Vahabzadənin, Tofiq Bayramın, Xəlil Rza Ulutürkün ana dilimizə həsr olunmuş şeirlər səsləndi.

Tədbirdən sonra “Dilimiz keçmişdən bu günə” adlı video çarx nümayiş olundu.