Qax rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Qax MKS
Tədbirlər
20 Mart , 2020

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qarşıdan gələn Novruz bayramı ilə əlaqədar tənha ahıl, yaşlı insanları əhatə edəcək “DOST Xonçası” adlı bayramlaşma kampaniyasına başlayıb.

Mədəniyyət nazirliyi də bu kompaniyaya qoşulmuşdur.

Qax rayon MKS –nin Turaclı kənd kitabxanası  kənddə aztəminatlı ailəyə qonaq getmiş onlara bayram sovqatı hədiyyə etdilər.

Xalqımızın zəngin milli-mənəvi dəyərlərini, yüksək humanizm prinsiplərinə sadiqliyini əks etdirən Novruz bayramının qədim adətlərindən biri də bayramlaşmaqdır. Bu gözəl adətə uyğun olaraq başladığımız kampaniyanın məqsədi tənha ahıl, yaşlı insanları ziyarət etmək, onlarla bayramlaşmaq, cəmiyyətdə ahıllara diqqət və qayğını təşviq etməkdir.

Kitabxananın işçiləri kənd sakini Abbasova Aləmzar xanımın qonağı oldular.