Qax rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Qax MKS
Tədbirlər
8 May , 2020

1941-ci il iyunun 22-də Almaniya SSRİ-yə hücum etdi. SSRİ-nin Böyük Vətən müharibəsi başlandı. SSRİ-yə qarşı müharibədə məqsəd Sovet dövlətini yox etmək, var-dövlətini ələ keçirmək, əhalinin əksər hissəsini fiziki olaraq məhv etmək və ölkənin ərazisini Urala qədər "Almanlaşdırmaq" idi. Sovet İttifaqı xalqları üçün Böyük Vətən Müharibəsi vətənlərinin azadlığı və müstəqilliyi uğrunda ədalətli müharibəyə çevrildi.

İldırımsürətli müharibə strategiyasına əsaslanan alman qoşunları qəfil zərbə ilə Sovet ordusunu ciddi məğlubiyyətə uğratdı. 1941-ci il dekabrın 5 və 6-da sovet qoşunlarının əks-hücumu başlandı. Almanlar 100–250 km geriyə çəkilməli oldular. İkinci dünya müharibəsi müharibələr tarixində ən dəhşətli və dağıdıcı müharibə olmuşdur. Onun müxtəlif mərhələlərində hər iki döyüşən tərəfdən eyni zamanda 8 milyondan — 12,8 milyona kimi insan, 84 mindən -,163 minə qədər top, 6,5 mindən — 18,3 minə kimi təyyarə iştirak etmişdi. Hərbi əməliyyatların əhatə etdiyi ərazi Birinci Dünya Müharibəsindəkindən 5,5 dəfə çox idi. Müharibəyə sərf edilən xərclərin miqdarı 4 trilyon ABŞ dolları olmuşdu. Onların 1 trilyon 117 milyardını sırf hərbi xərclər təşkil etmişdir. Müharibə zamanı 60 milyondan çox adam tələf olmuşdu. Ondan 27 milyonu SSRİ-nin, 13,6 milyonu Almaniyanın, 6 milyonu Polşanın, 5 milyonu Çinin, 2,5 milyonu Yaponiyanın, 1,7 milyonu Yuqoslaviyanın, 600 mini Fransanın, 370 mini İngiltərənin, 300 mini ABŞ-ın və s. payına düşmüşdü. İkinci dünya müharibəsinin ən başlıca yekunlarından biri faşizmin ictimai-siyasi sistem kimi yer üzündən silinməsidir. Bu, müharibədə nasist Almaniyanın,faşist İtalyanın və onların müttəfiqlərinin məğlubiyyəti nəticəsində baş vermişdi. Dünyada iki sistem — burjua demokratik və sosializm sistemləri qalmışdı. 

İkinci dünya müharibəsi dünyada mövcud olan qüvvələr balansını köklü şəkildə dəyişdi. Faşizmin qlobal cərəyana çevirilməsinin qarşısı alndı.

Müharibənin qurbanları

Tarixin ən qanlı müharibəsi kimi tanınan İkinci dünya müharibəsi qurbanlarının dəqiq sayı məlum deyil. Altı il davam edən və dünyanın 70-ə yaxın dövlətinin cəlb olunduğu bu müharibədə həlak olanların ayını 35 milyon göstərən də var, 68 milyon göstərən də.

Amma mənbələrin əksəriyyəti bu müharibəyə 100 milyondan çox adamın birbaşa əldə silah cəlb olunduğunu, ölənlərin sayının isə 50 milyondan çox olduğunu yazır. Öldürülən adamlardan 15 milyonu əsgər, qalanı isə dinc əhali olub.

 9 May Qələbə Günü 

Böyük Vətən Müharibəsinin (1941-1945) başa çatdığı gün Qələbə Günü kimi tarixə düşmüşdür. 1945-ci il mayın 8-dən 9-a keçən gecəalman generalı Vilhelm Keytel danışıqsız təslim aktını imzalamış, bununla da Böyük Vətən müharibəsi faşizm üzərində qələbə ilə başa çatmışdır.

 İkinci Dünya müharibəsində faşizm üzərində Qələbədən 68 il keçir.

Qələbə günü postsovet ölkələri və ikinci dünya müharibəsində iştirak etmiş digər dövlətlərdə qeyd olunur.

 

Foto Qalereya