Qax rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Qax MKS
Mətbəximiz
5 Mart , 2015

Sürhüllü-qaxacla və yaxud  təzə ətlə bişirilir. Quru  və yaxud  təzə ət əvvəlcədən bişirilir. Sonra sürhüllü üçün bərk olmayan xəmir yoğrulur. Qazanda qaynamaq üçün su qoyulur. Xəmir lülələnərək uzun formaya salınır və təxminən barnaq uzunluğunda doğranır. Döğranmış xəmirlər  barmaqla taxta üzərində  müəyyən formada  çəkilir, çəkilmiş xəmir qaynanmış suya tökülür. Duz vurulur. Xəmir bişdikdən sonra suyu süzülür və  boşqablara çəkilir. Hazırlanmış ət suyu ilə birlikdə bişmiş xəmirin üzərinə tökülür. 
Sürhüllü alçadan, zoğaldan hazırlanmış turşu ilə yeyilir.Turşunu hazırlamaq üçün sarımsaq həvəngdə döyülür və  durulaşdırılmış turşuya qatılır,  surhüllünün yanında süfrəyə verilir.Zövqə görə xörəyin üzərinə turşu tökülür.