Qax rayon Mərkəzi kitabxanası

Qax rayon
Mətbəximiz
5 Mart , 2015

Qax rayonu qozu, fındığı, qaxacı ilə tanınır. Qaxda qaxac hazırlamaq qədim dövrlərdən gəlir. Dağ rayonu olduğu üçün heyvandarlıq inkişaf etmişdir. Soyuq və sərt qışda insanlar özlərinə azuqə ehtiyatı tədarük edərlərmiş. Buna qaxacı, müxtəlif meyvə qurularını (qax), mürəbbələri misal göstərmək olar. Qaxac kalorili qida sayılar, uzun qış boyu yaxşı qidalanmaq üçün qaxacdan istifadə edərlərmiş. Qaxac hazırlamar üçün qoyun və  mal ətindən istifadə edirlər. Ət şırımlara çəkilir, düzlanaraq qurumağa asılır. Xırda buynuzlu heyvanı isə,  adətən bütöv  qurudurlar. Qaxacın  ləzzətli növü  dolma sayılır. Dolma hazırlamaq üçün ət çəkilərək  bağırsağa  doldurulur. Çəkilmiş ətə  ədəvalar, duz, istiot, soğan, turşu  vurulur.  Xüsusi olaraq hazırlanmış malın bağırsağına  doldurulur və qurumağa asılır. Qaxacı yalnız soyuq vaxtlarda hazırlayırlar  ki, ət xarab olmasın.  Külək və  ayaz əti yaxşı qurudur. Qaxac quruyandan sonra onu saxlayırlar. Qış boyunca quru ətdən, dolmadan ləzzətli xəmir xörəkləri- sürhüllü, xəngəl, və s. yeməklər bişirəndə istifadə edirlər.