Qax rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Qax MKS
Tədbirlər
4 Dekabr , 2020
4 dekabr Azərbaycanda II Qarabağ müharibəsində Şəhid olmuş döyüşçülərin Xatirə Günüdür. Bütün ölkə ərazisində saat 12.00-da Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Qarabağ uğrunda canlarını fəda etmiş 2783 şəhidin ruhu qarşısında baş əyirik. Allah rəhmət eləsin! 
27 sentyabr-10 noyabr tarixli 44 günlük Vətən müharibəsində Şanlı Qələbə hər bir Azərbaycan vətəndaşının şərəf və sevinc tarixidir. 30 illik Qarabağ həsrəti sona çatdı. Müharibədə Ordumuzun şücaətli qələbəsi xalq olaraq başımızı dik tutmağa səbəb oldu.
Yaşasın Bütöv Azərbaycan! Yaşasın Ali Baş Komandanımız İlham Əliyev! Yaşasın Müzəffər Azərbaycan Ordusu!. Yaşasın Azərbaycan xalqının birliyi! Allah şəhidlərimizə rəhmət eləsin!
Azərbaycanın bütün bölgələrindən şəhid olan Vətən oğullarının adını əziz tutmağa borcluyiq. Qax rayon C. Cabbarlı adına Mərkəzi kitabxananın İnformasiya-resurs şöbəsi "44 günlük müharibədə şəhid olmuş Qaxli döyüşçülər" adlı video-rolik hazırlayıb sosial şəbəkələrdə paylaşmışdır. Ölkəmizin hər bölgəsinin şəhidlərinin ruhu hamımıza əzizdir. Döyüşlərdə şəhid olmuş Qaxlı döyüşçüləri də hamı tanısın. 
"44 günlük müharibədə şəhid olmuş Qaxli döyüşçülər" video-roliki  saytımızda, Qax rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi Facebook səhifəsində və qrupunda,  https://www.youtube.com/watch?v=nhsuGDNonIU&feature=youtu.be -də izləyə bilərsiniz. 
Video Qalereya